21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayxan Süleymanlı Almaniyanın Münhen şəhərində əməliyyat olunub.

21 yaşlı müdafiəçi sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.

Qeyd edək ki, Ayxan Süleymanlı U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib.