“Aznur” və “Birbaşa Bakı” komandaları Minifutbol üzrə Çempionlar Liqasında heç-heçə ediblər.

G qrupunda yer alan “Aznur” ilk oyununda “Hoverla Zak Praqa” (Çexiya) ilə 1:1 hesablı bərabərliyə razılaşıb.

F qrupunun “Portu” – “Birbaşa Bakı” görüşündə isə hesab açılmayıb.

Qeyd edək ki, “Birbaşa Bakı” bu gün keçirdiyi ilk oyununda Rumıniya təmsilçisi “Rımniku Vılça” üzərində qələbə qazanıb – 4:1.