Portuqaliyanın “Benfika” klubu Joze Mourinyonu baş məşqçi postuna təyin etdiklərini açıqlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Lissabon təmsilçisi ilə 62 yaşlı mütəxəssis arasında imzalanan müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna qədər davam edəcək.

Qeyd edək ki, Joze Mourinyo bu postda ötən gün istefaya göndərilən Brunu Lajeni əvəzləyib.

Laje Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a 2:3 hesablı məğlubiyyətdən sonra işindən qovulub.