Türkiyənin kişilərdən ibarət basketbol millisi Avropa çempionatının gümüş medalını qazanıb.

Türkiyə finalda Almaniyaya uduzub. Riqada keçirilən görüş almanların 88:83 hesablı qələbəsi ilə yekunlaşıb.

Üçüncü yer uğrunda matçda Yunanıstan millisi Finlandiyanı məğlub edib – 92:89.