AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.
O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Bayern Münhen” (Almaniya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Görüş sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.











