Bu gün Çinin Şanxay şəhərində 3×3 basketbol növü üzrə Dünya Qadın Seriyasının final oyunu keçirilib. Azərbaycan millisi həlledici matçda Kanada ilə üz-üzə gəlib. Komandamız 21:12 hesabı ilə məğlub olaraq turniri ikinci yerdə bitirib. Qeyd edək ki, Qrup mərhələsində də milli Kanada yığmasına 13:21 hesabı ilə uduzub. Niderland U-25 (21:19) və Rumıniyanın “Rapid” komandası (19:15) üzərində qələbə qazanaraq play-offa yüksəlib. 1/4 finalda Azərbaycan Mongolustanın “Ulaanbaatar Amazons” klubunu 19:17 ilə üstələyib, yarımfinalda isə Niderlandın U-25 kollektivini 21:19 hesabı ilə məğlub edib.












