Misli Premyer Liqasında IV tur çərçivəsində daha iki oyun keçirilib. “İmişli” Quba şəhər stadionunda “Sumqayıt”ı qəbul edib. Görüş Aran klubunun 1-0 hesablı qələbəsi ilə bitib. Ancaq matçın 67-ci dəqiqəsində “İmişli”nin heyətində meydana çıxan İbrahim Əliyevin adı oyunun protokolunda olmadığından, komanda texniki məğlubiyyət ala bilər. İkinci qarşılaşma “Azərsun Arena”da baş tutub. Burada “Turan Tovuz” “Qəbələ” üzərində 1-0-lıq qalibiyyət əldə edib. Turnir cədvəlinə 10 xala malik “Araz-Naxçıvan” başçılıq edir. Onu 1 xal geri qalan “Turan Tovuz” və 8 xallı “Zirə” izləyir. IV tur sabah keçiriləcək “Şamaxı” – “Karvan-Yevlax” və “Neftçi” – “Sabah” matçları ilə başa çatacaq. Müvafiq olaraq saat 16:30 və 19:00-da başlayacaq görüşlər “CBC Sport”la canlı yayımlanacaq.