Sentyabrın 15-16-da Qazaxıstanda “Türküstan kuboku” beynəlxalq avarçəkmə yarışı keçiriləcək. Bu ölkənin Türküstan şəhərində, Sırdərya çayı sahilində təşkil olunacaq reqatada 3 idmançımız iştirak edəcək. Akademik avarçəkmədə yarışan Azər İlyasov, Cahangir Məmmədli və Nurlan Paşayev medalçılar sırasına düşməyə çalışacaq. Artıq onlar Qazaxıstana yola düşüblər.














