Bu gün Misli Premyer Liqasında IV tura start veriləcək. Turun açılış oyununda turnir cədvəlinin sonuncusu olan “Kəpəz” Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan”ı qəbul edəcək. Matç saat 17:45-də başlayacaq. Saat 20:00-da start götürəcək qarşılaşmada isə son çempion “Qarabağ” “Azərsun Arena”da “Zirə” sınağa çəkəcək. Hər iki görüş “CBC Sport”la canlı yayımlanacaq.


















