UEFA Gənclər Liqasının əsas mərhələsində çıxış edəcək “Qarabağ”ın U-19 komandasının Portuqaliya səfərində “Benfika”ya qarşı keçirəcəyi oyunun hakimləri bəlli olub. Qarşılaşmanı şimali irlandiyalı FIFA referisi Ceymi Robinson idarə edəcək. Ona yan hakimlər Adam Ceffri və Brayan Uilson kömək göstərəcək. Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinə yetirəcək. Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Benfika” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.


















