“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. “Tələbələr” Fransanın “Lill” klubundan 19 yaşlı Aaron Maludanı bir illik icarəyə götürüb. Maluda Fransanın “Lion” klubunun yetirməsidir. Futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Nim” klublarının ikinci və əsas komandalarında oynayıb. O, həm də Fransanın U-19 millisinin də üzvü olub.


















