İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı davam edir. Dünən Alfonso Dominqeslə yanaşı daha bir boksçumuz döyüşə çıxıb. 75 kq-da mübarizə aparan Səidcəmşid Cəfərov 1/4 finalda ukraynalı Pavlo İlyuşa ilə qarşılaşıb. Rəqibini 5-0 üstələyən Cəfərov yarımfinala yüksəlib. Bununla o, ən azı bürünc medalı özü üçün təmin edib. Cəfərov yarımfinalda Özbəkistan təmsilçisi Fazliddin Erkinboev ilə qarşılaşacaq.














