Bu gün I Liqada 2025/2026-cı illər mövsümü start götürür. Birinci turun açılış matçlarında MOİK II Liqanın son qalibi “Şahdağ Qusar”ı, “Zaqatala” isə “Cəbrayıl”ı qəbul edəcək. Hər iki görüş saat 16:30-da başlayacaq. Qeyd edək ki, I Liqada 10 klub mübarizə aparacaq. 3 dövrəli keçiriləcək çempionat 27 turdan ibarət olacaq. Yekunda birinci yeri tutan kollektiv elitaya yüksələcəksə, ikinci yerin sahibi Misli Premyer Liqasını 11-ci pillədə tamamlayan komanda ilə bir matçlıq pley-off raundunda üz-üzə gələcək. Eyniliklə mövsümün sonuncusu aşağı diviziona yuvarlanacaq. 9-cu olan komanda isə II liqada ikinci olanla bir oyunda I liqaya vəsiqə uğrunda görüşəcək.

















