“Qəbələ” daha bir transferini reallaşdırıb. Bölgə klubu Jondo Fuxsu heyətinə qatıb. Kamerun əsilli fransalı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Fuxs karyerası ərzində Fransanın “Soşo”, İspaniyanın “Alaves”, Şotlandiyanın “Dandi Yunayted”, İngiltərənin “Peterboro”, İsrailin “Makkabi Hayfa” və “Bney Yehuda” klublarında çıxış edib.