İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı davam edir. Bu gün daha bir idmançımız rinqə çıxıb. 90 kq-da mübarizə aparan millinin lideri Alfonso Dominqes 1/4 finalda türkiyəli Emrah Yaşarla üz-üzə gəlib. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bununla o, ən azı bürünc medalı özü üçün təmin edib. Alfonso yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq. Görüş sentyabrın 12-də olacaq.