Airbadminton üzrə Azərbaycan milli komandası dünya çempionatına vəsiqə qazanıb. Yığma buna sentyabrın 5-7-də Bakıda keçirilən Avropa çempionatında komanda yarışında ikinci yeri tutmaqla nail olub. Dünya çempionatı dekabrın 11-14-də Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçiriləcək. Mundialda Avropadan Azərbaycanla yanaşı, son çempion Almaniya və Bakıda keçirilən qitə çempionatının üçüncüsü Bolqarıstan iştirak edəcək.














