AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. O, qadınlar arasında UEFA Avropa Kubokunun I təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək “Ayaks” (Niderland) – “Şturm” (Avstriya) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Niderlandın Duivendrext şəhərində yerləşən “De Toekomst” stadionunda baş tutacaq.


















