Azərbaycanın U-21 yığması AVRO-2027-in seçmə mərhələsində B qrupu çərçivəsində ikinci oyununa çıxıb. İlk matçda Portuqaliyaya 0-5 uduzan komandamız bu dəfə “Liv Bona Dea Arena”da Bolqarıstan seçməsi ilə qarşılaşıb. Görüşə köməkçi məşqçi Elnur Çodarovun rəhbərliyi altında çıxan kollektiv 1-1 hesablı bərabərliyə razılaşıb və qrupda ilk xalını qazanıb. Millinin heyətində qolu Emin Rüstəmov vurub.