Azərbaycan millisinin müvəqqəti baş məşqçisi Ayxan Abbasov yarımmüdafiəçi Şahin Şahniyarovu və vinger Xəyal Əliyevi komandadan çıxarılıb. Hər iki futbolçu U-21 yığmasına qoşulub. Onların əvəzində “Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadə və “Səbail”in yarımmüdafiəçisi Abdulla Xaybulaev milliyə dəvət olunublar. Qeyd edək ki, əsas milli komanda sabah DÇ-2026-nın seçmə mərhələsində evdə Ukrayna ilə, U-21 kollektivi isə AVRO-2027-nin seçmə etapında doğma meydanda Bolqarıstan yığması ilə qarşılaşacaq.