Bakı 2026-cı ildə dünyada idman və biznes sahəsinin ən nüfuzlu tədbirlərindən biri olan “SportAccord” Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcək. Bu münasibətlə Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və “SportAccord” arasında rəsmi müqavilənin imzalanma mərasimi keçiriləcək.Tədbir zamanı Bakının 2026-cı ildə keçiriləcək “SportAccord” Dünya İdman və Biznes Sammitinə ev sahibi şəhər kimi təqdimatı elan olunacaq.