İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatında mübarizə davam edir. Bu gün 90 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Alfonso Dominqes rinqə çıxıb. 1/8 finalda almaniyalı Yasse Kisslə üzləşən boksçumuz 5-0 hesablı qələbə ilə 1/4 finala adlayıb. Qeyd edək ki, daha öncə 50 kq-da Sübhan Mamedov, 55-də Nicat Hüseynov, 75-də Səidcəmşid Cəfərov və 80-də Murad Allahverdiyev 1/8 finala yüksəlib.














