Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən 3×3 basketbol üzrə qadınların Avropa Kubokunda mübarizə başa çatıb. Qrup etapında Fransa və Ukraynaya qalib gələn Azərbaycan yığması 1/4 finalda Polşanı 16:13 üstələyib. Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenhauer, Dina Ulyanovadan ibarət seçməmiz yarımfinalda 21:17 hesabı ilə İspaniyadan üstün olub və finala yüksəlib. Həlledici matçda komandamız Niderlandla qarşılaşıb və 16:21 hesabı ilə uduzaraq gümüş medal əldə edib. Bununlada millimiz ilk dəfə Avropa çempionatında medal qazanıb.














