Dünya çempionatı 2026-nın seçmə mərhələsində D qrupu çərçivəsində keçiriləcək Azərbaycan-Ukrayna matçına hakim təyinatları açıqlanıb. Görüşü yunanıstanlı FIFA referisi Vassilis Fotias idarə edəcək. Ona yan hakimlər Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Anastasion Papapetru yerinə yetirəcək. VAR-da Angelos Evangelu, AVAR-da Yoannis Papadopulos olacaq. Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyun “CBC Sport”la canlı yayımlanacaq.


















