Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxıb. Seçməmiz Farer adaları komandası ilə qarşılaşıb. Matç Elxan Abdullayevin rəhbərlik etdiyi kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yịğmanın heyətində qolları 21-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə penaltidən Eltun Babazadə vurublar. Qeyd edəki ki, ilk oyununda İslandiya yığmasını 2:1 məğlub edən U-19 millimiz növbəti görüşünü sentyabrın 9-da Polşa seçməsinə qarşı keçirəcək.


















