Gələn ABŞ, Kanada və Meksikanın birgə təşkil edəcəyi Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilk oyunun keçirib. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv D qrupu çərçivəsində səfərdə İslandiya yığmasının qonağı olub. Matç skandinaviyalıların 5-0 qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığması növbəti görüşünü sentyabrın 9-u doğma meydanda Ukrayna seçməsinə qarşı keçirəcək.