Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir. Turnirdə fərdi yarışlar başa çatıb. Üçüncü gün tatamiyə çıxan 4 cüdoçumuz günü medalsız bitiriblər. Beləliklə, millimiz yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub. Komandamızın heyətində Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.