Bu gün 2026-cı ildə ABŞ, Kanada və Meskikanın birgə təşkil edəcəyi dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilk oyununa çıxacaq. D qrupunda mübarizə aparan Fernando Santuşun rəhbərlik etdiyi kollektiv səfərdə İslandiya yığması ilə qarşılaşacaq. Niderlandı baş hakim Sander van der Eykin idarə edəcəyi matç saat 22:45-də start götürəcək və “CBC Sport”la canlı yayımlanacaq.















