Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir. İlk yarış günündə Azərbaycan millisi aktivinə 3 medal yazdırıb. Belə ki, 60 kq çəkidə Nihad Məmişov və 66 kq-da Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qalibi olublar. 66 kq-da mübarizə aparan Nizami İmranov isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Hazırda 2 qızıl və 1 bürünc medalı olan yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.