Bu mövsüm FIBA Avropa kubokunda mübarizə aparacaq “Neftçi” basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib. Klub amerikalı basketbolçu Devonte Qrinlə bir mövsümlük müqavilə imzalayıb. Qeyd edək ki, 28 yaşlı basketbolçu ötən mövsüm Çinin “Yannan Suke Lions” klubunda çıxış edib. O, buna kimi Yunanıstanın “Harilaos Trikulis”, “Larissa”, Macarıstanın “Atomeromu” və İsveçdən “Norçöppinq” kollektivlərində çıxış edib.














