İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatı start götürüb. “World Boxing” tərəfindən ilk dəfə təşkil edilən mundialda artıq bir idmançımız rinqə çıxıb. 65 kq çəkidə mübarizə aparan Zaur Qəhrəmanov 1/32 finalda almaniyalı Denis Brillə üzləşib. Görüş boksçumuzun ümumi olaraq 4-1 hesablı qələbəsi ilə başa çatıb və o, növbəti mərhələyə adlayıb. Qəhrəmanovu 1/16 finalda Braziliyadan Falkao Dos Reysl gözləyir. Bu görüş sentyabrın 7-si baş tutacaq.