“World Boxing”-in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında İngiltərənin Liverpul şəhərində keçiriləcək ilk dünya çempionatının püşkatma mərasimi baş tutub. Püşkatmada Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub. Bu gün start götürəcək mundialın birinci günündə 2 əlcək ustamız rinqə çıxacaq. Onların hər ikisi 1/16 finala vəsiqə uğrunda döyüşəcəklər. 65 kq çəkidə Zaur Qəhrəmanov almaniyalı Denir Bril, 70 kq-da Sərxan Əliyev ABŞ-li Karlos Flouerslə üzləşəcək. Növbəti günlərdə digər çəkilər üzrə boksçularımız bu rəqiblərlə qarşılaşacaqlar:

5 sentyabr
1/16 final

Səidcəmşid Cəfərov (75 kq) – Qavin Rafferti (İrlandiya)
Surət Qarayev (85 kq) – Laçlan Lauson (Avstraliya)
Aynur Mikayılova (57 kq) – Qabriella Veerheym (Niderland)
Sübhan Mamedov (50 kq) – Fredelin De Los Santos (Dominikan Respublikası)
Məhəmməd Abdullayev (+90 kq) – Sezar Peraza La Kruz (Kuba)

6 sentyabr
1/16 final

Məhəmmədəli Qasımzadə (60 kq) – Radoslav Rosenov (Bolqarıstan)/Dövlet Muhanov (Türkmənistan) cütünün qalibi

7 sentyabr
Nicat Hüseynov (55 kq) – Rolando Martines Peres (Kuba)
Murad Allahverdiyev (80 kq) – Amar Koçi (Albaniya)/Meysam Qeşlaqi (İran) cütünün qalibi

8 sentyabr
1/8 final

Alfonso Dominqes (90 kq) – Yasse Kiss (Almaniya)/Yonas Yazeviçius (Litva) cütünün qalibi

Qeyd edək ki, dünya çempionatında 68 ölkədən 329 kişi, 225 qadın boksçu mübarizə aparacaq. Mundiala sentyabrın 14-də yekun vurulacaq. Turnir “CBC Sport”la canlı yayımlanacaq.