Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ilk oyununu keçirib. U-19 seçməmiz İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üzləşib. Görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində qolları 46-cı dəqiqədə Ziya Şəkərxanov və 55-ci dəqiqədə Şahin İbrahimov vurublar. Qeyd edək ki, U-19 beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.


















