Azərbaycan I Liqasında yeni mövsümə hazırlaşan “Səbail” heyətini yeni fuybolçu ilə gücləndirib. “Dənizçilər” braziliyalı yarımmüdafiəçi Afonso Almeydunun keçidini açıqlayıb. 23 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb. Bu, Bayıl təmsilçisinin yayda həyata keçirdiyi ilk legioner transferidir.