“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib. Ağdam təmsilçisinin 8 turdan ibarət mərhələ üçün sifariş vərəqində 24 futbolçu yer alıb. Pley-off mərhələsi ilə müqayisədə müdafiəçi Amin Rzayev heyətdən çıxarılıb. Onun əvəzinə yeni transfer Kamilo Duran sifariş olunub. Zədəli olan Aleksey İsayev və Coni Montiel də siyahıdan kənarda qalıb. Ağdam klubunun heyəti belədir:

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç

Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə

Hücumçular: 17. Kamilo Duran, 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə