Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir yekunlaşıb. Avqustun 30-da start götürən yarışda 5 komanda mübarizə aparıb. Azərbaycanı turnirdə “Kür”, “Qarabağ” və “Bakı” kollektivləri təmsil edib. Finalda Özbəkistan təmsilçisi “OKMK” və Qazaxıstanın “Astana” klubları üzləşib.  Həlledici matç kifayət qədər gərgin və maraqlı keçib. Yekunda “OKMK” həndbolçuları “Astana”nı 30-29 hesabı ilə məğlub edərək turnirin qalibi olublar.