Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Universiadası keçiriləcək. Güləş üzrə Azərbaycan milli komandası yarışda 12 idmançı ilə təmsil olunacaq. Üçüncü dəfə təşkil edilən oyunlarda güləşlə yanaşı, cüdo, şahmat, stolüstü tennis, voleybol və futzal idman növləri üzrə yarışlar baş tutacaq. Sərbəst güləşdə böyük məşqçi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (74 kq), Əşrəf Aşırov (86 kq), İslam İlyasov (97 kq) və Yusif Dursunov (125 kq) mübarizə aparacaq. Yunan-Roma güləşində isə məşqçilər Akif Əliyevlə Zöhrab Abbasovun rəhbərliyi altında Vədat Qasımlı (60 kq), Roman Kərimov (67 kq), Cavad Məmmədov (77 kq), Orxan Hacıyev (87 kq), Əli Quliyev (97 kq) və Məzaim Mərdanov (130 kq) medalçılar sırasına düşməyə çalışacaqlar. Qeyd edək ki, sentyabrın 6-da sərbəst güləşdə 57, 74 və 97, yunan-Roma güləşində isə 60, 77 və 97 kq-da qaliblər müəyənləşəcək.