Bakıda kişilərdən ibarət komandalar arasında ənənəvi beynəlxalq həndbol turniri keçirilir. Yarışda qrup mərhələsi başa çatıb və bütün yarımfinalçıların adına aydınlıq gəlib. Belə ki, qrup mərhələsinin son günündə Özbəkistanın OKMK komandası yerli “Kür”ü 31:25 hesabı ilə məğlub edib, “Bakı” isə “Qarabağ” üzərində 28:26 hesablı qələbə qazanıb. Beləliklə, yarımfinal cütlükləri belə formalaşıb: Qazaxıstan yığması “Kür”lə, OKMK isə “Bakı” ilə qarşılaşacaq. Bu oyunlar sabah keçiriləcək.