“Liverpul” yay transfer pəncərəsinin son günü “Nyukasl”dan Aleksandr İsakın keçidini rəsmiləşdirib. Mersisayd təmsilçisi isveçli hücumçu üçün qarşı tərəfə 145 milyon avro ödəyib. Bu, futbol tarixinin üçüncü ən bahalı transferidir. Ondan daha baha başa gələn yalnız iki keçid var. Bunlar Kilian Mbappenin 180 milyon avroya “Monako”dan və Neymarın 222 milyon avroya “Barselona”dan PSJ-yə transferləridir. İsak İngiltərə futbolu üçün də ən bahalı alışdır. Maraqlıdır ki, forvard bu mənada “Liverpul”un bu yay 125 milyon avroya başa gələn digər transferi Florian Virtsin rekordunu təzələyib.