FİDE şahmatçıların yeni reytinq cədvəli açıqlayıb. “Top-100”də Azərbaycanın 7 şahmatçısı yer alıb. Milli komandanın liderlərindən olan Şəhriyar Məmmədyarova 5 pillə geriləyərək 2741 xalla 16-cı yerdə qərarlaşıb. Teymur Rəcəbov 2692 xalla 38-ci yeri tutur. Rauf Məmmədov da 5 pillə geriləyib və 70-ci pillədə mövqe tutub. Eltac Səfərli isə 99-cudur. Cədvələ 2839 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı nəticə Günay Məmmədzadədir. 2390 xala malik şahmatçı 1 pillə irəliləyərək 51-ci yerə yüksəlib. Ülviyyə Fətəliyeva 58-ci, Gövhər Beydullayeva 72-ci pillədə qərarlaşıb. Qadınların reytinq cədvəlinə 2609 xalla çinli Yifan Hou başçılıq edir.