III MDB Oyunlarında iştirak edəcək 17 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Gürcüstanda davam etdirəcək. Komandamız bu gün Tbilisi şəhərinə yola düşüb. Kollektivə 15 voleybolçu cəlb edilib. Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində Cahangir Seyed Abbasinin rəhbərlik etdiyi millimiz bu ölkənin yeniyetmələrdən ibarət yığması ilə bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.
III MDB Oyunları Azərbaycan 2025 III MDB Oyunları: Voleybol millimiz hazırlığını Gürcüstanda keçirəcək












