Misli Premyer Liqasında III tura yekun vurulub. son oyun günü iki matç keçirilib. Şamaxı şəhər stadionunda “Karvan-Yevlax”ın qonağı olan “Qarabağ” 2-0 qalib gələrək liqada ilk 3 xalını qazanıb. Digər görüşdə isə “Sabah” “Bank Respublika Arena”da “İmişli”ni qəbul edib. Qarşılaşma Aran klubunun 1-0 hesablı gözlənilməz qələbəsi ilə başa çatıb və onlar elitada ilk qalibiyyətlərini əldə ediblər. Hazırda turnir cədvəlinə 7 xala malik “Zirə”, “Araz-Naxçıvan” və “Sumqayıt” şərikli liderik edirlər. Qeyd edək ki, Misli Premyer Liqasında milli komandaların oyunları ilə bağlı fasilə olacaq. IV tur isə sentyabrın 12-də start götürəcək.


















