Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində qrupların tərkibi müəyyənləşib və təmsilçimiz “Araz-Naxçıvan” da rəqiblərini tanıyıb. Azərbaycan çempionu B liqasının 7-ci qrupda Rumıniydan “Yunayted Qalati”, Lüksemburqdan “Differdanj” və Niderlandan klubu “Tayqers Roermand” ilə mübarizə aparacaq. Qeyd edək ki, yalnız qrup qalibləei pley-off mərhələsinə vəsiqə qazanacaq.