Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsinə yekun vurulub. Təmsilçimiz “Araz-Naxçıvan” F qrupu çərçivəsində Avstriyada yerli “Lyuti Krayişniçi” kollektivi ilə qarşılaşıb. İlk iki matçında “Sparta Belfast” və “PYF Saltayrs”a qalib gələn komandamız bu dəfə 12-3 hesablı qələbəyə sevinib. Bununla da maksimum nəticə göstərən “Araz-Naxçıvan” qrup lideri kimi turnirin əsas mərhələsinə vəsiqə qazanıb.

















