Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 2-3 sentubar tarixlərində akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək. Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq turnirdə Bakı və Mingəçevirdən 100-dən artıq idmançı mübarizə aparacaq. Yarışda avarçəkənlər akademik avarçəkmə, kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda güclərini sınayacaqlar. Azərbaycan çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq III MDB Oyunlarına hazırlıq xarakteri daşıyır. Turnirdə fərqlənən avarçəkənlər MDB Oyunlarında iştirak edəcəklər.