Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib. Ölkəmiz hazırda siyahıda 26-cıdır. Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə mümkün olub. Pley-offda Macarıstan təmsilçisi “Ferentsvaroş”u mübarizədən kənarlaşdıraraq qitənin ən nüfuzlu klub turnirinin əsas etapına adlayan Ağdam klubu ölkənin əmsalını 21.000-ə çatdırıb. Azərbaycandan bir pillə irəlidə Slovakiya, 27-ci yerdə isə Sloveniya qərarlaşıb.


















