Misli Premyer Liqasında III tur start götürüb. Günün ilk matçında “Sumqayıt” “Şamaxı”nı qəbul edib. Görüş 1-1 hesablı bərabərliklə bitib. İkinci qarşılaşmada isə “Neftçi” və “Turan Tovuz” qarşılaşıb. Buna kimi ilk iki oyunda heç-heçə edən “ağ-qaralar” yenə qələbəyə həsrət qalıb və qərb təmsilçisi 1-0-lıq qələbəyə sevinib. Hazırda turnir cədvəlinə 7 xala malik “Sumqayıt” başçılı edir. “Kimyaçılar”ı bir xal geri qalan “Turan-Tovuz” izləyir. 4 xal toplayan “Karvan-Yevlax, “Araz-Naxçıvan” və “Zirə” 3-5-ci yerləri bölüşürlər. III tur bu gün keçiriləcək “Zirə” – “Kəpəz”, “Araz-Naxçıvan” – “Qəbələ” görüşləri ilə davam edəcək. Müvafiq olaraq saat 18-də və 20:30-da start götürəcək oyunlar “CBC Sport”la canlı yayımlanacaq.


















