Azərbaycan milli komandasının 2026 dünya çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna seçmələrinə qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib. Millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında yığmaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb. Portuqaliyalı mütəxəssisin seçiminə əsasən sentyabrın 1-dən təlim-məşq toplanışına qatılacaq kollektiv belə olacaq:

Qapıçılar: Rza Cəfərov (“Neftçi”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”)

Müdafiəçilər: Abbas Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı “Qarabağ”), Qismət Alıyev (“Zirə”), Elvin Bədəlov (“Neftçi”), Cəlal Hüseynov (“Arda” Bolqarıstan), Rəhman Daşdəmirov (“Sabah”), Anton Krivotsyuk (“Daejeon Hana Siti”, Cənubi Koreya)

Yarımmüdafiəçilər: İsmayıl İbrahimli, Ceyhun Nuriyev (“Zirə”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Emin Mahmudov (“Neftçi”), Anatoli Nuriyev (“Sabah”), Ozan Can Kökçü (“Volendam” Niderland), Şahin Şahniyarov (“Qəbələ”), 

Hücumçular: Mahir Emreli (“Kayzerslautern”, Almaniya), Nəriman Axundzadə, Musa Qurbanlı (hər ikisi “Qarabağ”), Renat Dadaşov (“Motor”, Polşa), Xəyal Əliyev (“Sabah”)

Qeyd edək ki, Azərbaycan sentyabrın 5-i səfərdə İslandiya ilə, 9-u isə evdə Ukrayna ilə qarşılaşacaq.