“Neftçi” basketbol klubu heyətini yeni futbolçu ilə gücləndirib. “Ağ-qaralar” Kvindarios Braunun keçidini rəsmiləşdirib. ABŞ-li basketbolçu ilə 1 illik müqavilə imzalanıb. 30 yaşlı oyunçu son mövsümü Litva təmsilçisi “Yuventus Utena”da keçirib. Qeyd edək ki, “Neftçi” bu mövsüm FIBA Avropa kubokunun əsas mərhələsində mübarizə aparacaq.