Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Quliyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina – İsrail görüşünün hakim-inspektoru olacaq. Görüş sentyabrın 5-i baş tutacaq.



















