Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Gəncə İdman Sarayında “ASF Ganja Cup 2025” turniri keçiriləcək. Yarışda müxtəlif klubları təmsil edən 200-dən çox üzgüçü mübarizə aparacaq. Turnir sentyabrın 13-14-də təşkil olunacaq.